Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib
# 14 iyun 2016 12:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Zabil Salmanov ifadə verib. O, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin və tələbinin olmadığını, onların azadlığa buraxılmasını istədiyini deyib. Z. Salmanov bildirib ki, ona dəymiş maddi ziyan ödənilib.

Proses iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR