Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib - FOTOSESSİYA

Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 aprel 2013 16:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verilib. Sonra dövlət teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşüb.

Qeyd edilib ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası bu teatrın binasında olub. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülüb və yeni binanın inşasına başlanılmışdır. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olub, öz tövsiyələrini verib və 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışında iştirak edib. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilib. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış olub. Teatrla tanışlıqdan sonra dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR