Dünən Azərbaycan paytaxtında havanın temperaturu iqlim normasından 8 dərəcə yüksək olub

Dünən Azərbaycan paytaxtında havanın temperaturu iqlim normasından 8 dərəcə yüksək olub
# 08 aprel 2013 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 8 dərəcə yüksək olub. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, sabah da havaların isti keçməsi ilə əlaqədar Bakı və Abşeron yarımadasında temperaturunun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır: “Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Hələlik rekord dərəcədə isti qeydə alınmayıb”.

G. Məmmədova qeyd edib ki, belə isti hava şəraiti aprelin 10-dək davam edəcək. Aprelin 10-da ölkə ərazisində havanın hərarəti bu günlə müqayisədə 5-6 dərəcə aşağı enəcək. Şimal küləyinin güclənməsi ilə əlaqədar havanın temperaturunun aşağı düşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR