ABŞ Dövlət Departamenti: Ukraynaya bütün humanitar yardımlar Kiyevlə əlaqəli şəkildə göndərilməlidir

ABŞ Dövlət Departamenti: Ukraynaya bütün humanitar yardımlar Kiyevlə əlaqəli şəkildə göndərilməlidir
# 13 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ Dövlət Departamenti Ukraynaya humanitar yardımların yalnız Kiyevlə əlaqəli şəkildə və dövlətin nəzarət etdiyi keçid məntəqələrdən çatdırılmasının tərəfindədir.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu qurumun sözçüsü Mari Harf jurnalistlərin Rusiyadan Ukraynaya göndərilən humanitar yardım karvanı ilə bağlı sualına cavab verərkən deyib. O, Rusiyadan Ukraynanın şərqinə humanitar yardım adı altında hərbi elementlərin göndəriləcəyi ehtimalından narahatlığını bildirib: “ABŞ Ukraynanı suveren dövlət kimi tanıyır. Rusiyanın haqqı yoxdur ki, Kiyevdən icazəsiz Ukraynanın daxili işlərinə qarışsın. Biz bundan narahatıq və diqqətlə vəziyyəti nəzarətdə saxlayırıq. Ukraynadakı münaqişənin tezliklə bitməsini istəyirik. Amma əlinə silah götürüb başqalarını öldürən separatçılara da simpatiyamız yoxdur. Əgər bölgəyə hansısa humanitar yardım göndərilirsə, bu iş Kiyevlə əlaqəli olmalıdır. Yüklər Ukrayna hökumətinin nəzarət etdiyi məntəqələrdə yoxlanılmalı və sonra dövlət ərazisinə buraxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR