Çavesin ölümünü xüsusi komissiya tədqiq edəcək

Çavesin ölümünü xüsusi komissiya tədqiq edəcək
# 13 mart 2013 13:51 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Venesuelanın mərhum prezidenti Uqo Çavesin ölümü ilə bağlı xüsusi təhqiqat komissiyası yaradılacaq. APA-nın məlumatına görə, ölkənin neft naziri Rafael Ramirez hesab edir ki, Çavesə zəhər verilib və nəticədə mərhum prezidentdə xərçəng xəstəliyi aşkarlanıb.

Bu fikri Venesuelanın vitse-prezidenti Nikolas Maduro da dəstəkləyir: “Bu, imperialistlərin qara işlərin nəticəsidir. Ümid edirəm ki, müvafiq araşdırmalardan sonra komissiya bu gümanları təsdiqləyəcək”.

Qeyd edək ki, Çavesin ölümdən bir neçə saat əvvəl ölkə rəhbərliyi Venesuelada vəziyyətini gərginləşdirməkdə şübhələndiyi iki amerikalı diplomatı qovub. ABŞ isə cavabında Venesuelanın səfirliyinin iki əməkdaşından ölkədən getməyi tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR