Azərbaycanda fəaliyyət göstərən texniki-yaradıcılıq mərkəzlərində 15 minə qədər məktəbli təhsil alır

Azərbaycanda fəaliyyət göstərən texniki-yaradıcılıq mərkəzlərində 15 minə qədər məktəbli təhsil alır
# 17 aprel 2013 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda fəaliyyət göstərən texniki-yaradıcılıq mərkəzlərində bütövlükdə 15 minə qədər məktəbli təhsil alır.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, uşaqların nəzəri biliklərdən başqa onların intellektinin üzə çıxarılması, yaradıcılıq bacarıqlarının, istedadlarının aşkarlanması üçün onların bu cür dərnəklərdə fəaliyyət göstərməsi məqsədəuyğundur: “Beynəlxalq təcrübə də onu göstərir ki, belə dərnəklərdə, yaradıcılıq mərkəzlərində təhsil alanlar sonrakı həyatlarında, peşə seçimlərində dəqiq, fundamental, texniki elmlərə xüsusi maraq göstərirlər. Bundan əlavə, onlar respublikada ehtiyac duyulan mühəndis kadrları kimi formalaşırlar. Bunun nəticəsində də ölkədə ehtiyac duyulan texniki, fundamental və mühəndis sahələrinə ixtisaslı kadrlar yetişir. Şagirdlərin bu sahələrə marağının artmasında texniki-yaradıcılıq məktəbləri xüsusi rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR