Sumqayıt sakini sirkə turşusundan zəhərlənərək ölüb

Sumqayıt sakini sirkə turşusundan zəhərlənərək ölüb
# 19 aprel 2013 07:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhər sakini faciəli şəkildə ölüb. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.

Sumqayıt sakini, 54 yaşlı Füzuli Əzim oğlu Piriyev səhvən sirkə turşusu içib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya çatdırılan F. Piriyev orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR