Həsən Nəsrullah: “Hizbullah” Suriyada hökumət qüvvələri tərəfindən döyüşüb

Həsən Nəsrullah: “Hizbullah” Suriyada hökumət qüvvələri tərəfindən döyüşüb
# 01 may 2013 04:48 (UTC +04:00)

Bakı-APA. “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bəyan edib ki, qruplaşmanın döyüşçüləri prezident Bəşər Əsədin devrilməsinə yol verməmək üçün Suriya münaqişəsində hökumət qüvvələri tərəfində iştirak edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi hərəkat liderinin bəyanatına istinadən məlumat yayıb.

Həsən Nəsrullah bəyan edib ki, “üsyançılar livanlıların yaşadığı yaşayış məntəqələrini ələ keçirməyə hazırlaşdığı bir vaxtda Suriya ordusuna lazımi və mümkün kömək təklif etmək tam normaldır”, deyə agentlik qeyd edib.

“Suriyanın regionda əsl dostları var və onlar imkan verməzlər ki ölkə ABŞ, İsrail və ekstremistlərin əlinə keçsin”, deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Livan XİN Suriya müxalifətinin ittihamlarını rədd edərək bəyan edib ki, “Hizbullah” hərəkatının döyüşçüləri Suriya münaqişəsində hökumət qüvvələri tərəfində iştirak etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR