Malidə terrorçu kamikadzelərin patrula hücumu nəticəsində 2 hərbçi ölüb

Malidə terrorçu kamikadzelərin patrula hücumu nəticəsində 2 hərbçi ölüb
# 05 may 2013 01:19 (UTC +04:00)

Bakı-APA. Malinin şimal şərqindəki Qao şəhərinin ətrafında bir qrup terrorçu kamikadze hərbi patrula hücum edib, nəticədə Mali ordusunun iki əsgəri həlak olub.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Qao şəhərindən 40 km şimalda baş verib. Beş nəfər terrorçu patrulun qarşısına çıxaraq üzərilərində olan partladıcıları işə salıb.

“Mali ordusunun iki əsgəri hadisə yerində həlak olub. Həmçinin hadisə yerində beş islamçı da ölüb”, deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR