Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvanda “Əshabi-Kəhf” ziyarətgahında olublar

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvanda “Əshabi-Kəhf” ziyarətgahında olublar
# 18 avqust 2014 18:51 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, İrakli Alasaniya və İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

Qonaqlar Şəhidlər xiyabanında ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR