Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Keniya prezidentinə təqdim edib
# 13 iyun 2016 12:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Keniya prezidenti Uhuru Kenyattaya təqdim edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Abdullayev Afrika qitəsinin aparıcı dövlətlərindən biri olan Keniya ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu və bu münasibətlərin yeni müstəviyə qaldırılması üçün ardıcıl səylərin göstəriləcəyini bildirib.


U. Kenyatta isə ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR