Bakı-Böyük Kəsik istiqamətində Salahlı-Poylu mənzilində 7 km yolun əsaslı təmirinə start verilib

Bakı-Böyük Kəsik istiqamətində Salahlı-Poylu mənzilində 7 km yolun əsaslı təmirinə start verilib
# 24 oktyabr 2014 07:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Salahlı-Poylu mənzilində 7 km yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bildirib ki, səhər saatlarında artıq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı”nın icrası çərçivəsində iyunun 10-da 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. 2013-cü il dekabrın 10-da Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR