Azərbaycan Pakistanın Əl-Farabi Mərkəzinə əlil arabaları və xüsusi avadanlıqlar təqdim edib - FOTOSESSİYA

Azərbaycan Pakistanın Əl-Farabi Mərkəzinə əlil arabaları və xüsusi avadanlıqlar təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 28 oktyabr 2015 12:44 (UTC +04:00)

Bakı – APA. Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, əlil uşaqların təhsil aldığı İslamabad Əl-Farabi Mərkəzində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi, Azərbaycanın Pakistandakı səfirliyi və Azərbaycan-Pakistan Gənclər Forumunun təşkilatçılığı ilə mərasim keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Pakistanın paytaxt idarəçiliyi və inkişafı üzrə naziri, Pakistan Milli Məclisinin üzvü Usman İbrahim, Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri, xanım Nuzhat Sadiq, senatorlar Nacma Həmid, Fərəh Aqil, Pakistanın Sosial Rifah və Xüsusi Təhsil Nazirliyinin Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra, Əl-Farabi Mərkəzinin direktoru Şabbir Navaz, Pakistanda akkreditə olunan xarici ölkə diplomatları, Azərbaycan-Pakistan Gənclər Forumun prezidenti Məhəmməd Asif Nur, media mənsubları və əlil uşaqlar iştirak ediblər.

Mərasimdə ali qonaq qismində çıxış edən nazir Usman İbrahim Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişafından, hər iki dövlət və xalq arasında bərqərar edilmiş səmimi münasibətlərdən söz açıb, bunun təzahürü olaraq Azərbaycan hökumətinin Pakistanın əlil uşaqlarına təmənnasız yardım göstərdiyini vurğulayıb, təşəkkürlərini ifadə edib. O, çıxışında həm dövlət səviyyəsində reallaşan, həm də Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyəçilik layihələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını, xalqlar arasında qarşılıqlı sevgi yaratdığını diqqətə çatdırıb.

Xüsusi təhsil idarəsinin rəisi Naimə Büşra nitqində əlil uşaqların xüsusi təlim və qayğıya ehtiyacı olduğunu, bu yolda fəaliyyət göstərən insanların yüksək mənəviyyat və ali mədəniyyətə yiyələndiklərini qeyd edib, xeyirxahlığa görə Azərbaycan xalqına və dövlətinə dərin minnətdarlığını bildirib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxışında Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin təhsil və səhiyyənin inkişafı, yoxsulluqla mübarizə, humanitar yardım sahələrində dövlətlər tərəfindən irəli sürülən layihələrə dəstək verdiyini, bu istiqamətdə Pakistanla bir sıra proyektlər üzrə əməkdaşlıq etdiyini nəzərə çatdırıb. Səfir eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mühüm xeyriyyəçilik işləri görüldüyünü, birinci xanımın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif olunmasının Pakistanın bu fəaliyyətləri yüksək qiymətləndirməsinin və Azərbaycan xalqına hörmətin bir ifadəsi olduğunu söyləyib.

Daha sonra səfir Daşqın Şikarov Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin adından əlil arabalarını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Əl-Farabi Mərkəzinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR