Bakı. Ramiz Mikayıloğlu-APA. “Hazırda Azərbaycanda 592 nəfəri qadın olmaqla, 28 555 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyatdadır. 2015-ci ildə 2017 nəfər narkotik vasitə istifadəçisi kimi qeydiyyatda alınıb”.
APA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfransda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov söyləyib.
T. Məmmədhəsənov deyib ki, 2015-ci ildə 2833 nəfər narkomaniyadan könüllü müalicə üçün müraciət edib.
Azərbaycanda narkomanların rəsmi sayı açıqlanıb
23 iyun 2016 13:46 (UTC +04:00)
Sosial
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açılıb
15:08
27 aprel 2024
DİN: Toplum TV-nin əməkdaşı Cavid Ramazanov növbəti dəfə istintaqa dəvət edilib
14:57
27 aprel 2024
Yaxın vaxtlarda Laçın rayonunun Sus kəndinə 59 ailə köçürüləcək - FOTO
14:06
27 aprel 2024
Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib
14:00
27 aprel 2024