Putin noyabrın 23-də İrana səfər edəcək

Putin noyabrın 23-də İrana səfər edəcək
# 20 noyabr 2015 14:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, səfər çərçivəsində V. Putin İran prezidenti Həsən Ruhani və İranın ali lideri Əli Xameneyi ilə görüşəcək.

Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.

V. Putin səfər çərçivəsində Tehranda qaz ixrac edən ölkələrin III Forumuna da qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR