Balakən sakininin evini qarət etmək istəyən şəxslərdən biri tutulub

Balakən sakininin evini qarət etmək istəyən şəxslərdən biri tutulub
# 06 dekabr 2014 12:55 (UTC +04:00)

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1994-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan, hazırda Bakı şəhəri, Xətai rayonu, Z.Səmədzadə küçəsində yaşayan Ceyhun Füzuli oğlu Bayramov hələ ki istintaqa məlum olmayan daha iki nəfər şəxslə birləşərək, Balakən şəhəri M.İbrahimov küçəsində yaşayan 1977-ci il təvəllüdlü, Habil Əsgər oğlu Xəlilovun evdə olmadığını güman edərək onun yaşadığı evi qarət etmək istəyiblər.

Ceyhun Bayramov və yoldaşları evə daxil olandan sonra qəfildən ev sahibi Habil Xəlilovla qarşılaşıblar. Bu zaman ev sahibi və oğrular arasında əlbəyaxa dava başlayıb. Dava zamanı oğrulardan Ceyhun Bayramov baş nahiyəsindən xəsarət alıb. Evi qarət etmək məqsədilə oğruluğa gedən Ceyhun Bayramov başından xəsarət aldıqdan sonra yoldaşları ilə evi tərk edərək qaçmaq məcburiyyətində qalıblar. Hadisədən dərhal xəbər tutan Balakən RPŞ əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdən təqsirlənən Ceyhun Bayramov rayonu tərk etmək istəyən zaman Balakən və Zaqatala rayonlarının həmsərhədində fəaliyyət göstərən “Katex” postu ərazisində tutularaq istintaqa təhvil verilib.

Ceyhun Bayramov istintaqa verdiyi ilkin ifadəsində yoldaşları ilə birlikdə Habil Xəlilova məxsus evi qarət etmək məqsədlərinin olduqlarını bildirib. Məlumatda bildirilir ki, ev sahibi Habil Xəlilov ailəsi ilə birlikdə qonşu Rusiya dövlətində yaşayır, bir müddət əvvəl ailəsi ilə birlikdə evinə qayıdıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, hadisədə iştirak edən daha iki şəxsin kimliyi araşdırılır və onların tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR