Con Kerri: “Hazırda Bəşər Əsədə qarşı getmək fikrimiz yoxdur”

Con Kerri: “Hazırda Bəşər Əsədə qarşı getmək fikrimiz yoxdur”
# 10 dekabr 2014 09:54 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ Senatının beynəlxalq məsələlər komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Con Kerri deyib.

“Biz Əsədə qarşı getməyəcəyik. Biz, Birləşmiş Ştatlar, yalnız terrorçu təşkilat olan “İslam dövləti” haqqında danışırıq”, - deyə o vurğulayıb.

Suriya hökumətinə qarşı güc tətbiqinin mümkünlüyündən danışan C. Kerri hazırkı mərhələdə belə bir planın olmadığını söyləyib. O xatırladıb ki, ABŞ birbaşa Əsədlə döyüşən üsyançıların hazırlanması ilə məşğuldur.

“Biz Konqresə Suriyada hərbi əməliyyatın keçirilməsinə icazə almaq üçün müraciət etməyə hazırlaşmırıq. Hazırda Suriya və İraqda etdiklərimiz üçün yetərincə səlahiyyətimiz var”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR