Azərbaycanlı alim Türkiyədə “Erməni yalanları” mövzusunda məruzə edib

Azərbaycanlı alim Türkiyədə “Erməni yalanları” mövzusunda məruzə edib
# 25 aprel 2015 14:27 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Ərzincan Universitetində “Köçürülmə və erməni yalanları” mövzusunda elmi toplantı keçirilib.

APA-nın məlumatına görə, toplantıda Kayseridəki Ərciyəs Universitetinin azərbaycanlı dosenti Qafar Çaxmaqlı geniş məruzə ilə çıxış edib. Məruzəsində Qafar Çaxmaqlı “erməni problemi”nin ortaya çıxması və şaxələnməsində yalan informasiya və analizlərin oynadığı roldan danışıb. Soyqırımı yalanlarının mənbələri barədə konfrans iştirakçılarına məlumat verən Qafar Çaxmaqlı, daha sonra Türkiyədə mövzu üzərində araşdırmalar aparan elm adamlarının suallarını cavablandırıb.

Qeyd edək ki, 2011-ci ildən bəri Kayseridəki Ərciyəs universitetində dərs deyən dosent Qafar Çaxmaqlı, universitetdə erməni dili bölümü yaradaraq, “Ermenice kendi kendine öğrenme kitabı”nı nəşr etdirib. Aprelin 20-də dosent Qafar Çaxmaqlının “Ermeni düçünce sistemi ve ideolojileri” adlı kitabı İstanbulda çapdan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR