Son iki gündə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb

Son iki gündə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq artıb
# 10 dekabr 2012 09:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-nin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, dekabrın 9 və 10-da Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışla əlaqədar ərazidən axan çaylarda sululuğun bir qədər artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.


Dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 130 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 81 faizi qədərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilib. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 6 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma, Surrada 2 sm artım qeydə alınıb. Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm, Şirvanda 276 sm, Salyanda 272 sm, Bankədə 237 sm, Araz çayının Novruzlu məntəqəsində isə 160 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR