Bakı-APA. Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyada İŞİD terror qruplaşmasının komanda məntəqəsini məhv ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.
Onun sözlərinə görə, gün ərzində hərbi aviasiya 14 uçuş həyata keçirərək İŞİD-in mövqelərinə 6 hava zərbəsi endirib. Belə ki, İdlib əyalətində İŞİD-in komanda məntəqəsi və terrorçulara məxsus silah-sursat istehsalı sexi məhv edilib.