Özbəkistan MSK: Prezident seçkilərində seçici fəallığı 85,2 faiz təşkil edib

Özbəkistan MSK: Prezident seçkilərində seçici fəallığı 85,2 faiz təşkil edib
# 29 mart 2015 15:29 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mirzə-Uluqbek Abdulsalomov bildirib ki, səsvermədə 17,7 milyon nəfər iştirak edib.

Seçkilərdə 4 namizəd mübarizə aparır. Bunlar ölkənin hazırkı prezidenti İslam Kərimov, Xatamjon Ketmonov (Özbəkistan Milli-Demokratik Partiyası), Akmal Saidov (“Milli tıklanış” Milli-Demokratik Partiya) və Narimon Umarovdur (“Adolat” Sosial-Demokratik Partiya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR