ABU “Çelenc Cup” turnirinin 1/8 finalına yüksəlib

ABU “Çelenc Cup” turnirinin 1/8 finalına yüksəlib
# 17 noyabr 2014 07:34 (UTC +04:00)

Bakı – APA. Qadın həndbolçular ibarət Azərbaycanın ABU klubu “Çelenc Cup”ın 1/8 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi buna Serbiyanın “Srvena Zvezda” komandasına qalib gəlməklə nail olub.

Belə ki, Belqradda baş tutan ilk oyunda rəqibini 31:29 hesabı ilə məğlub edən təmsilçimiz ardınca üstünlüyü əldən verməyib. Cavab görüşünə də səfərdə çıxan ABU bu dəfə heç-heçə edib – 23:23. Yığmamızın üzvü Marta Abbasova yenə komandasının ən məhsuldar oyunçusu olub. O, “Srvena Zvezda”nı 6 dəfə məyus edib.

Beləliklə, 2 görüşün nəticəsinə əsasən 54:52 hesabı ilə üstün olan ABU növbəti mərhələdə rəqiblərini gözləyir. Bütün 1/8 finalçıların adları isə noyabrın 24-də bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR