Şimali Koreya ABŞ-ı nüvə zərbəsi endirəcəyi ilə hədələyib

Şimali Koreya ABŞ-ı nüvə zərbəsi endirəcəyi ilə hədələyib
# 14 avqust 2016 05:25 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək, nüvə zərbəsi endirəcəyi ilə hədələyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu KXDR-in yüksək vəzifəli məmurlardan biri “Renhap” agentliyinı bildirib.

 

“ABŞ-ın KXDR-ə hücum etmək cəhdləri getdikcə daha şiddətli olur”, deyə məmur bildirib.   

 

Onun sözlərinə görə, qabaqlayıcı nüvə zərbəsi endirmək  hüququ tək ABŞ-a məxsus deyil.    

 

Şimali Koreyanın bu cür bəyanatla çıxış etməsinə səbəb ABŞ-ın Sakit okean rayonuna “B-1B Lancer” tipli  strateji bombardmançı təyyarələrinin göndərməsi olub.  Buna cavab olaraq KXDR ABŞ-ı  ölkəyə  nüvə zərbəsi hazırlamaqda ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR