“ASAN xidmət” beynəlxalq müsabiqənin qalibi olub

“ASAN xidmət” beynəlxalq müsabiqənin qalibi olub
# 02 mart 2015 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən keçirilən “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” müsabiqəsinin qalibi olub. “ASAN xidmət”in mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, müxtəlif dövlətlərdən 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqə 13 sahə üzrə keçirilib.

1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurasının başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir.

Qeyd edək ki, Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri Keyfiyyəti İdarəetmə Sistemi və Əməyin Mühafizəsi sisteminin qurulması ilə bağlı 19 fevral 2014-cü il tarixində İSO 9001:2008, 15 dekabr 2014-cü il tarixində isə OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR