Azərbaycanla Türkiyə arasında gömrük və ticarət əlaqələrinin müzakirəsi aparılır - FOTOSESSİYA - VİDEO

Azərbaycanla Türkiyə arasında gömrük və ticarət əlaqələrinin müzakirəsi aparılır - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşü başlayıb.

"APA-Economics"in məlumatına görə, görüşdən öncə A. Əliyev türkiyəli nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra türk şəhidlərinin xatirəsinə qoyulmuş abidə ziyarət olunub.

Hazırda tərəflər arasında görüş keçirilir. Görüş zamanı iki ölkə arasındakı mövcud gömrük və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR