Azərbaycanın Nepala göndərdiyi humanitar yardım Misir mətbuatında işıqlandırılıb

Azərbaycanın Nepala göndərdiyi humanitar yardım Misir mətbuatında işıqlandırılıb
# 30 aprel 2015 20:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan hökuməti adından Nepal ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə göndərilən humanitar yardım Misir mətbuatında işıqlandırılıb. Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Fövqəladə Hallar Nazirliyinin Azərbaycan hökuməti adından Nepal ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə göndərdiyi humanitar yardım Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Misirin Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən yayılmış və “Youm Sabi”, “Şuruq” və “Əl-Əxbar” kimi nüfuzlu qəzetlərin internet saytlarında işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR