Ötən ay SOCAR BTC ilə nefti nəqlini 7%-ə qədər artırıb

Ötən ay SOCAR BTC ilə nefti nəqlini 7%-ə qədər artırıb
# 07 oktyabr 2015 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 440,509 min ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 6,77% artıb.

Bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 21 mln. 598,171 min ton neft ötürülüb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,12% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-ə qədər BTC-yə 285 mln. 422,868 min ton neft vurulub.

Bundan başqa, bu ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 359 902 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR