İran zənginləşdirilmiş uranın satışa çıxarılması imkanlarını nəzərdən keçirir

İran zənginləşdirilmiş uranın satışa çıxarılması imkanlarını nəzərdən keçirir
# 27 iyun 2015 23:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press”ə diplomatik mənbələr bildirib.

İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məsələ Tehranın nüvə proqramına dair danışıqlarda dəfələrlə müzakirəyə çıxarılıb. Zənginləşdirilmiş uranın İrandan çıxarılaraq satılması təklifini ABŞ bundan əvvəl irəli sürüb.

Kimliyinin açıqlanmasını istəməyən iranlı diplomatlar Tehranın bu ideyaya marağını xüsusi qeyd ediblər. Qeyd edək ki, İran tərəfi son vaxtadək bu cür təklifləri rədd edib.

Həmçinin qeyd edək ki, hazırda Vyanada “Altılıq” və İran nümayəndələri arasında danışıqların növbəti raundu keçirilir.

Əldə olunmuş razılaşmaya əsasən, nüvə proqramına dair yekun sənəd iyunun 30-dək hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR