Bakı. Aygül Rzayeva - APA. Qazaxıstanın Almatı şəhərində aprelin 24-26-da keçiriləcək “KİTF” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı 36 kv. metrlik pavilyonda nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə ölkənin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaq.
Sərgiyə nazirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri qatılacaqlar.