Gəncə sakinindən 2 kiloqramdan çox narkotik vasitə götürülüb

Gəncə sakinindən 2 kiloqramdan çox narkotik vasitə götürülüb
# 16 sentyabr 2015 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhər sakinindən 2 kiloqramdan çox narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ağa Əhmədovdan 2 kiloqram 350 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR