Bakıda iki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Bakıda iki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
# 26 oktyabr 2014 15:02 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın13-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Üç otaqlı mənzilin iki otağı və içindəki əşyalar yanıb. Alov Binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərə çərçivələrinə də keçib.

Yanğınsöndürənlər yuxarı mərtəbələrdən 20 nəfər sakini təxliyyə ediblər.

Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Bakının Nərimanov rayonunda da çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən elektrik otağında 15 ədəd elektrik sayğacı və cıxış kabeli yanıb. Yanğınsöndürənlər 15 nəfər bina sakinini təxliyyə ediblər. Mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR