Bakı-Ceyhan kəməri ilə neftin nəqli 10% azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli 10% azalıb
# 09 aprel 2013 14:03 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin mart ayı ərzində BTC (Bakı-Tbilisi-Ceyhan) əsas ixrac boru kəməri vasitəsilə 2 438 660 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin martına nisbətən 9,6% azdır.

Cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 343 762 ton neft ötürülüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 7,4% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il aprelin 1-dək BTC-yə 212 795 576 ton neft vurulub. Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 276 523 ton tranzit Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR