Rusiyada çevik qoşunlar yaradılacaq

Rusiyada çevik qoşunlar yaradılacaq
# 31 may 2015 05:30 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hava-desant qoşunlarının komandanı Vladimir Şamanov bildirib ki, qeyd olunan qoşun növü hava-desant qoşunlarının əsasında yaradılacaq. çevik qoşunların həm müstəqil, həm də quru qoşunların tərkibində fəaliyyət göstərəcəyi gözlənilir.

Şamanovun sözlərinə görə, bu tip qoşunların yaradılmasına səbəb müasir hərbi döyüş əməliyyatların xarakteri olub. O qeyd edib ki, hazırda hərbi əməliyyatların cəbhələrlə elə bir bağlılığı yoxdur və əməliyyatlara çoxlu sayda hərbçilərin cəlb olunması heç də nəzərdə tutulmur.

Çevik qoşunların yaradılması üçün hava-desant diviziyalarının tərkibinə iki alay yox (hazırda olduğu kimi), üç alay daxil etmək planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR