Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub

Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub
# 04 sentyabr 2015 08:15 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də Neftçilər prospektində ayrı-ayrı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonları soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar. Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR