İşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıb

İşgəncələrin Qarşısının Alınması üzrə BMT Alt Komitəsinin üzvlərinin Azərbaycana səfəri başa çatıb
# 24 aprel 2015 12:24 (UTC +04:00)

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər aprelin 16-24-də baş tutub. SPT nümayəndə heyətinin üzvləri Aişa Şujun Muhamməd (heyət rəhbəri), Miloş Yankoviç, Margret Osterfeld və Viktor Zaharia (cəzalandırmalar üzrə əlaqələndirici şəxslər) olub.

Aişa Şujun Muhamməd deyib ki, Azərbaycan hökuməti azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişi təmin edib.

BMT ekspertlər qrupu Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin müxtəlif bölgələrində azadlıqdan məhrumetmə yerlərinə səfərlər edib. Bu siyahıya polis məntəqələri, istintaq təcridxanaları və müvəqqəti saxlama yerləri, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası, həbsxanalar, psixiatriya xəstəxanaları və sosial qayğı mərkəzləri daxildir.

Nümayəndə heyətinin üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi heyət və azadlıqdan məhrum edilən şəxslərlə fərdi və məxfi müsahibələr keçiriblər. SPT heyəti həmçinin Azərbaycan Respublikasının müvafiq rəsmi qurumları, Milli Preventiv Mexanizm (MPM) kimi tanınan müstəqil monitorinq qrupunun üzvləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşüb.


Səfərdən sonra SPT müşahidə və tövsiyələrdən ibarət hesabatını konfidensial olaraq Azərbaycan hökumətinə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR