Rusiyada fırıldaqçılıqda ittiham olunan bankir saxlanılıb

Rusiyada fırıldaqçılıqda ittiham olunan bankir saxlanılıb
# 03 noyabr 2015 08:41 (UTC +04:00)

Bakı - APA. Moskvada iflasa uğramış bir sıra maliyyə qurumlarının, habelə müflis olmuş “Zapadnıy”, “Doninvest” və “Russkiy zemelnıy bank” kimi bankların sahiblərindən Aleksandr Qriqoryev saxlanılıb.

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, A. Qriqoryev oktyabrın 30-da Rostov vilayətində sahibi olduğu restoranda Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə A. Qriqoryevin girov təklifini rədd edərək barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Biznesmen fırıldaqçılıqda ittiham olunur.

İstintaqın məlumatına görə, “Doninvest”dən lisenziyasının alınmasından 6 ay öncə A. Qriqoryev və adamları maliyyə qurumu üzərində nəzarəti əllərinə keçiriblər. Sonra onlar “Doninvest”ın o zamankı rəhbəri Alla Kalitvanskaya və müavini Svetlana Qulenkovanın bankın hesabların 1 milyard rubl məbləğində vəsaiti nəzarətində olan qurumların hesabına köçürüblər, habelə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı saxta sənədlər düzəldiblər. Hər iki qadın həbs edilib.

Qeyd edək ki, iflasa uğramış sözügedən bankların lisenziyaları 2014-2015-ci illərdə yüksək riskli kredit siyasəti, pul vəsaitlərinin aşağı keyfiyyətli aktivlərə yerləşdirilməsi, Rusiyadan kapitalın çıxarılması əlaqədar ləğv edilib.

Məlumatlara görə, A. Qriqoryev həmçinin Rusiyanın ən iri mütəşəkkil cinayətkar qruplarından birinin rəhbəri olub. Həmin qrupa 500-dən çox insan və təxminən 60 bank cəlb olunub. Təkcə son 4 ildə onların vasitəsilə ölkədən 46 milyard dollar çıxarılıb. Cinayətkar qrupun illik dövriyyəsi 1 trilyon rubl təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR