Oqtay Əsədov: “İnanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində Dağlıq Qarabağ problemi tezliklə öz ədalətli həllini tapacaq”

Oqtay Əsədov: “İnanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində Dağlıq Qarabağ problemi tezliklə öz ədalətli həllini tapacaq”
# 03 iyul 2015 15:43 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində ölkə başçılarının səfərlərinin və görüşlərin mühüm rol oynadığını deyən O. Əsədov bildirib ki, Azərbaycan-Vyetnam əlaqələri möhkəm tarixi əsaslar üzərində qurulub:

Spiker parlamentlər səviyyəsində də əməkdaşlığı yüksək qiymətləndirib: “Milli Məclisdə Vyetnamla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq tədbirlərdə mütəmadi görüşləri fikir mübadiləsi baxımından çox önəmlidir”.

Dağlıq Qarabağ nizamlanmasına toxunan O. Əsədov qeyd edib ki, münaqişə ilə əlaqədar nüfuzlu beynəlxalq qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: “Biz inanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində problem tezliklə öz ədalətli həllini tapacaq”.

Öz növbəsində Le Thi Thu Ba bildirib ki, vaxtı ilə Azərbaycanın müxtəlif təhsil ocaqlarında biliklərə yiyələnmiş vyetnamlı tələbələr bu gün Vyetnamın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz töhfələrini verirlər. Qonaq rəhbərlik etdiyi Hüquqi islahatlar komissiyasında görülən işlərdən danışaraq, Azərbaycanın bu sahədəki təcrübəsini yüksək qiymətləndirib. O, Azərbaycanın hüquqi islahatlarla bağlı təcrübəsinin Vyetnam üçün çox önəmli olduğunu vurğulayıb və gələcəkdə bu sahədə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, hüquq-mühafizə orqanları sahəsində islahatların aparılmasında təcrübə mübadiləsi, elm, təhsil, humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər ətrafında danışıqlar aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və digər rəsmi şəxslər iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR