“Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının qalibləri elan olunub - FOTO - VİDEO

“Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının qalibləri elan olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 mart 2015 11:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində ədəbiyyat və mədəniyyət xadimləri, tərcüməçilər, media nümayəndələri iştirak edib.

Mərkəzin direktoru Afaq Məsud, tərcüməçi Vilayət Hacıyev, professor Cahangir Məmmədli və mərkəzin müşaviri Fərid Hüseyn Tərcümə Mərkəzinin fəaliyyəti, müsabiqənin keçirilməsi haqqında fikirlərini bölüşüblər.

Münsiflər heyətinin qərarı ilə poeziya nominasiyasında I yerə Əlizadə Nuri, nəsr tərcüməsi nominasiyasında I yerə Təvəkkül Zeynallı, II yerə Akif Əli, III yerə isə Şərif Ağayar layiq görülüb.

Nəsr nominasiyasında həvəsləndirici mükafat Şəfiqə Şəfaya təqdim olunub.

Mükafat fondu I yer üçün 3 min, II yer üçün 2 min, III yer üçün 1000 manatdır. Həvəsləndirici mükafat üçün 500 manat nəzərdə tutulur.

“Dəf(i)nə yarpağı” ölkənin ən böyük tərcümə mükafatıdır.

Qeyd edək ki, Şərif Ağayar “APA Holdinq”ə daxil olun Lent.az informasiya agentliyinin əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR