İndiyə qədər nikaha daxil olmaq istəyən 139 700 nəfər müayinədən keçib

İndiyə qədər nikaha daxil olmaq istəyən 139 700 nəfər müayinədən keçib
# 01 iyun 2016 09:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin may ayının əvvəlinə qədər müayinədən 139 700 nəfər keçib”. APA-nın xəbərinə görə, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.


O qeyd edib ki, 1 iyun 2015-ci il – 30 may 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub.

Z. Əlimirzəyeva əlavə edib ki, müayinədən keçmiş 7171 nəfərdə talassemiya daşıyıcılığı, 458 nəfərdə sifilis, 85 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR