Bank Of Baku

Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib

Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib
# 23 noyabr 2026 22:12 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransının uğurlu təşkilinə görə təbrik edib.

APA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Rəfiyev COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələrin əldə olunduğunu bildirib.

Nazir müavini COP31 sədrliyinə və danışıqlara rəhbərlik edən Avstraliyaya xüsusi təşəkkürünü ifadə edib.

O, Avstraliyanın yekun qərarın könüllü şəkildə irəli sürülməsində göstərdiyi cəsarəti, eləcə də inklüziv, şəffaf və tərəflərin iştirakına əsaslanan proses vasitəsilə konsensus əldə etmək istiqamətində səylərini yüksək qiymətləndirib.

“İqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusa nail olmaq hər zaman mümkün olmaya bilər. Lakin buna nail olmaq üçün göstərilən qətiyyət ən yüksək hörmətə layiqdir”, – deyə Rəfiyev vurğulayıb.

O, Türkiyəyə COP31 sədrliyini qarşıdakı bir il ərzində həyata keçirməkdə uğurlar arzulayıb və COP32-nin gələcək sədri Efiopiya ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR