Bank Of Baku

Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN İzmirdə fabrikdə baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib
# 09 noyabr 2026 20:13 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində fabrikdə baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR