Sabunçu rayonunda fərdi ev yanıb

Sabunçu rayonunda fərdi ev yanıb
# 22 dekabr 2014 21:30 (UTC +04:00)

Bakı-APA. Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR