Rusiyada dörd avtomobil toqquşub, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Rusiyada dörd avtomobil toqquşub, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 09 iyun 2016 00:31 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Saratov vilayətində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Sızran-Saratov-Volqoqrad yolunun 33-cü kilometrində qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili 3 minik avtomobil ilə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR