"Bank VTB (Azərbaycan)" kapitalını artırmaq niyyətindədir

"Bank VTB (Azərbaycan)" kapitalını artırmaq niyyətindədir
# 09 iyun 2016 11:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank VTB (Azərbaycan)" ASC-də apardığı stress-testlərin nəticələri qənaətbəxşdir.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yuriy Yakovlyev deyib.

"Bu, onunla bağlıdır ki, bizim arxamızda VTB kimi Rusiyanın ən iri dövlət banklarından biri dayandır. Bir daha bildirirəm kimi, VTB istənilən vaxt bizə zəruri dəstəyi verməyə hazırdır", - deyə Y. Yakovlyev bildirib.

Bankir əlavə edib ki, "Bank VTB (Azərbaycan)" kapitalını artırmaq niyyətindədir: "Kapitalın artırılması səhmdarlardan cəlb olunan vəsait hesabına baş tutacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR