Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasına hökmünə əsasən, S.Zeynalov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Dağ-Bağırlı kəndində baş verib. Kənd sakini Sahib Zeynalov dava zamanı qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən salamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.