Azərbaycanda oğul atasını qətlə yetirib

Azərbaycanda oğul atasını qətlə yetirib
# 18 aprel 2013 07:45 (UTC +04:00)

APA-nın məlumatına görə, şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən V. Mahmudov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR