Bakı. Hafiz Heydərov – APA. Şamaxı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb. Kənd sakini Natiq Xudaverdiyev həyətlərindəki su quyusuna yıxılaraq boğulub.
Faktla bağlı araşdırma aparılır.