ETTELAAT rəhbəri: “Prezident seçkilərinə xarici qüvvələrin müdaxiləsinin qarşısı alınacaq”

ETTELAAT rəhbəri: “Prezident seçkilərinə xarici qüvvələrin müdaxiləsinin qarşısı alınacaq”
# 10 aprel 2013 12:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranda prezident seçkiləri zamanı qarşıdurma yaratmaq istəyənlər ciddi cəzalandırılacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi deyib. O bildirib ki, seçkilərə xarici kəşfiyyat orqanları tərəfindən müdaxilə hallarının qarşısı alınacaq. H. Moslehi ETTELAAT-ın bütün gücünün seçkilərdə təhlükəsizliyi təmin etməyə yönəldiyini deyib.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək. Artıq 16 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR