Bank Of Baku

Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel

© APA | Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel

# 13 iyun 2026 13:42 (UTC +04:00)

Azərbaycanla Şimali Kipr arasındakı əlaqələr xüsusi xarakter daşıyır.

APA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında deyib.

Ünal Üstel bildirib ki, bu münasibətlər sadəcə dövlətlərarası əməkdaşlıq deyil, ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan bağlardır.

“Bu gün burada ortaq gələcəyimiz və birgə hədəflərimiz naminə toplaşmışıq. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr deyil. Bu, qəlb bağıdır, ortaq taledir”, - Baş nazir vurğulayıb.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və Şimali Kipr arasında formalaşan həmrəylik Türk dünyasının birliyinin mühüm nümunəsidir: “Biz bu münasibətləri bir cümlə ilə ifadə edirik: Bir millət, üç dövlət. Türkiyə və Azərbaycan bizim ən yaxın qardaşlarımızdır”.

Ünal Üstel əlavə edib ki, xalqlar arasında mövcud olan dostluq və qarşılıqlı dəstək gələcək illərdə də əməkdaşlığın inkişafına töhfə verəcək: “Ortaq dəyərlərimiz və qardaşlıq münasibətlərimiz gələcək nəsillərə ötürüləcək ən böyük sərvətlərimizdən biridir”.

Qeyd edək ki, İçərişəhərdə keçirilən mədəniyyət günündə Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialının nümayiş etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR