Paşha Bank
Bank Of Baku

Azərbaycanla Kot-d’İvuar arasında hüquqi əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Kot-d’İvuar arasında hüquqi əməkdaşlıq müzakirə edilib
# 28 oktyabr 2026 15:57 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev Kot-d’İvuar Respublikasının Yaxşı İdarəçilik üzrə Ali Qurumunun sədri Epifan Zoro Bi Ballonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, görüş oktyabrın 28-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində baş tutub.

Görüşdə Baş prokuror Azərbaycanda həyata keçirilən islahatlar, prokurorluq orqanlarının fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, eləcə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə məlumat, bu idarəetmə modelinin dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına və korrupsiya risklərinin azaldılmasına verdiyi töhfəni diqqətə çatdırıb.

Baş prokuror, həmçinin, ölkəmizin prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətindən bəhs edərək, bu istiqamətdə institusional potensialın gücləndirilməsinin, müasir idarəetmə mexanizmlərinin tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Epifan Zoro Bi Ballo qonaqpərvərliyə və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə təşəkkürünü bildirib, Azərbaycan və Kot-d’İvuar arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən neft sənayesi sahəsində əlaqələrin əhəmiyyətini qeyd edərək, dayanıqlı iqtisadi inkişaf və səmərəli idarəetmənin korrupsiyaya qarşı mübarizə ilə qarşılıqlı əlaqəsinə diqqət çəkib. Bu baxımdan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı tərəflər qurumlar arasında hüquqi əməkdaşlığın genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması və institusional əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayaraq, bundan sonra da qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR